Xəbərlər
Göygöl rayon məktəblərinə yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib
Göygöl rayon məktəblərinə yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib
Göygöl rayonunun ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş müşaviri Pərvanə İsmayılova və ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev iştirak ediblər.
Görüş zamanı gənc müəllimlərə pedaqoji fəaliyyətə yeni başladıqları mərhələdə diqqət yetirməli olduqları məsələlər, kollektivdə əmək münasibətlərinin düzgün qurulması, əmək hüquqları və peşə fəaliyyətinin səmərəli təşkili ilə bağlı zəruri tövsiyələr verilib.
Yeni müəllimlər ilk dəfə müəllim kimi qeyd etdikləri 5 oktyabr – Müəllimlər Günü münasibətilə təbrik olunub, onlara pedaqoji fəaliyyətlərində uğurlar, yaradıcılıq və davamlı nailiyyətlər arzulanıb.
Görüşdə gənc müəllimlərin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına yeni üzv olmaları münasibətilə də təbrikləri çatdırılıb. Onlara həmkarlar ittifaqı üzvləri üçün yaradılmış imkanlar, sosial dəstək mexanizmləri, güzəştlər, hüquqi yardım və digər xidmətlər barədə ətraflı məlumat verilib.
Sonda gənc müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və qarşıdakı pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb.
Göygöldə Layiqli Əmək Günü münasibətilə Peşə Təmayüllü Siniflərin şagirdləri üçün maarifləndirici tədbir keçirilib
Göygöldə Layiqli Əmək Günü münasibətilə Peşə Təmayüllü Siniflərin şagirdləri üçün maarifləndirici tədbir keçirilib
Göygöl şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Peşə Təmayüllü Siniflərinin şagirdləri üçün Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ETİHİ Respublika Komitəsinin baş müşaviri Pərvanə İsmayılova, ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev və Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı iştirak edib.
Tədbir zamanı şagirdlərə layiqli əməyin əsas prinsipləri, əməyin təhlükəsizliyi və əmək fəaliyyətində təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti barədə məlumat verilib.
Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı tərəfindən yanğın təhlükəsizliyi, yanğın zamanı davranış qaydaları və ilkin təhlükəsizlik tədbirləri ilə bağlı praktiki vəsaitlər və tövsiyələr təqdim olunub. Şagirdlərə gündəlik həyatda və gələcək peşə fəaliyyətlərində təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi izah edilib.
Tədbir çərçivəsində Peşə Təmayüllü Siniflərə infotur təşkil olunub. İnfotur zamanı şagirdlər peşə təmayüllü təhsil prosesinin təşkili, burada yaradılmış imkanlar və müxtəlif peşə istiqamətləri ilə yaxından tanış olublar.
Görüş şagirdlərin əmək dünyası, peşə seçimi və əməyin təhlükəsizliyi ilə bağlı biliklərinin artırılmasına, onların gələcək əmək fəaliyyətinə daha hazırlıqlı olmalarına töhfə verib.
Şəhid Elşad Allahverdiyevin anası Elnarə Allahverdiyeva təbrik edilib
Şəhid Elşad Allahverdiyevin anası Elnarə Allahverdiyeva təbrik edilib
5 oktyabr – Müəllimlər Günü münasibətilə Göygöl rayonunun təhsil müəssisələrindən birində çalışan şəhid Elşad Allahverdiyevin anası Elnarə Allahverdiyeva ziyarət olunaraq təbrik edilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş müşaviri Pərvanə İsmayılova iştirak edib.
Görüş zamanı şəhid Elşad Allahverdiyevin həyat və döyüş yolu, Vətən qarşısında göstərdiyi fədakarlıq və qəhrəmanlığı barədə söhbət açılıb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Pərvanə İsmayılova Elnarə Allahverdiyevanı 5 oktyabr – Müəllimlər Günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyəti vurğulanıb, Elnarə Allahverdiyevaya səmimi arzular çatdırılıb.
Göygöldə Səxavət Abbasovanın 65 illik yubileyi qeyd olunub
Göygöldə Səxavət Abbasovanın 65 illik yubileyi qeyd olunub
5 oktyabr – Müəllimlər Günü münasibətilə və Göygöl rayon Rizvan Tağıyev adına Balçılı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Səxavət Famil qızı Abbasovanın 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş müşaviri Pərvanə İsmayılova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev iştirak ediblər.
Çıxış edənlər Səxavət Abbasovanı 65 illik yubileyi və qarşıdan gələn 5 oktyabr – Müəllimlər Günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıblar.
Görüş zamanı müəllimin uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsinə verdiyi töhfələr və gənc nəslin təlim-tərbiyəsindəki rolu yüksək qiymətləndirilib.
Sonda Səxavət Abbasovaya səmimi arzular çatdırılıb, yubiley münasibətilə xatirə hədiyyəsi təqdim olunub.
Göygöldə Ümumdünya Layiqli Əmək Günü münasibətilə 20 təhsil müəssisəsinə ilkin yardım ləvazimatları təqdim olunub
Göygöldə Ümumdünya Layiqli Əmək Günü münasibətilə 20 təhsil müəssisəsinə ilkin yardım ləvazimatları təqdim olunub
Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən Göygöl rayonunda fəaliyyət göstərən 20 təhsil müəssisəsinə ilkin tibbi yardım ləvazimatları təqdim edilib.
Layihə çərçivəsində rayon ərazisində yerləşən ümumi təhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri və məktəbdənkənar təhsil müəssisələri ilkin tibbi yardım üçün zəruri ləvazimatlarla təmin olunub.
Təşəbbüsün əsas məqsədi təhsil müəssisələrində çalışan əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinə dəstək olmaqdır.
ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən bu təşəbbüs əmək hüquqlarının və əməyin mühafizəsinin təşviqi ilə yanaşı, təhsil müəssisələrində təhlükəsiz əmək mühitinin formalaşdırılmasına yönəlmiş tədbirlərin davamıdır.
Dəyər-65 layihəsi çərçivəsində yubiley təbrikləri davam edir
Dəyər-65 layihəsi çərçivəsində yubiley təbrikləri davam edir
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “Dəyər-65” layihəsi çərçivəsində Göygöl rayon Yeni Qızılca kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Sahidə Kazımovanın 65 illik yubileyi münasibətilə təbrik edirik.
1978-ci ildən təhsil müəssisəsində çalışan Sahidə Kazımovanın əmək fəaliyyəti uzun illər ərzində təhsil ocağının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onun əmək yolu sədaqət, məsuliyyət və zəhmət nümunəsi kimi xüsusi ehtiramla qeyd olunur.
Əziz Sahidə xanım,
Sizi 65 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və doğmalarınızla birlikdə firavan günlər arzulayırıq.
Qoy bundan sonrakı həyatınız da illərlə çəkdiyiniz zəhmətin bəhrəsi, xoş xatirələr və sevdiklərinizin əhatəsində keçən gözəl günlərlə zəngin olsun!
Əməyinizə və illər ərzində təhsil sahəsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkür edirik!
Göygöl rayonunda təhsil işçiləri ilə əmək, hüquq və sosial məsələlərə dair görüşlər davam etdirilir
Göygöl rayonunda təhsil işçiləri ilə əmək, hüquq və sosial məsələlərə dair görüşlər davam etdirilir
Növbəti görüş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi ilə keçirilib.
Görüşdə müəllimlərin əmək fəaliyyətinin səmərəli təşkili, əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunub.
Müəllimlərə həmkarlar ittifaqının üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində göstərdiyi hüquqi və sosial dəstək imkanları barədə məlumat verilib. Kollektivin gündəlik əmək fəaliyyəti ilə bağlı fikir və təklifləri dinlənilib, səsləndirilən suallar ətrafında ətraflı müzakirələr aparılıb.
Görüşdə müəllim əməyinin yalnız tədris prosesi ilə məhdudlaşmadığı, eyni zamanda şagirdlərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və gələcək həyata hazırlığının formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Təhsil işçilərinin hüquqi maarifləndirilməsi, əmək münasibətlərində qarşılıqlı məsuliyyət və sosial tərəfdaşlığın gücləndirilməsi məsələləri də görüşün əsas istiqamətlərindən olub.
Sonda müəllim kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, müəllimlərə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi təhsil işçiləri ilə canlı ünsiyyət və birbaşa əməkdaşlıq formatını davam etdirərək onların hüquqi maarifləndirilməsinə, əmək və sosial məsələlərinin diqqətdə saxlanılmasına xüsusi önəm verir.
Göygöl rayonunun təhsil müəssisələrində əmək kollektivləri ilə görüşlər davam edir

Göygöl rayonunun təhsil müəssisələrində əmək kollektivləri ilə görüşlər davam edir
Növbəti görüş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhəri İlqar Novruzov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbin texniki heyəti ilə keçirilib.
Görüşdə texniki heyətin əmək fəaliyyətinin təşkili, əmək hüquqlarının təmin olunması, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, əməyin mühafizəsi və əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Əməkdaşlara əmək hüquqları, həmkarlar ittifaqının üzvlərinə təqdim etdiyi hüquqi və sosial dəstək imkanları barədə məlumat verilib. Texniki heyətin gündəlik fəaliyyət zamanı qarşılaşdığı məsələlər dinlənilib, suallar cavablandırılıb və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə məktəbin tədris prosesinin normal və təhlükəsiz təşkilində texniki heyətin əməyinin xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil müəssisəsinin ümumi fəaliyyətinin davamlılığında hər bir əməkdaşın əməyinin özünəməxsus rolu vardır.
Sonda kollektiv 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib, əməkdaşlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi təhsil müəssisələrində çalışan bütün kateqoriyalardan olan əməkdaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların əmək hüquqlarının və sosial maraqlarının müdafiəsini, hüquqi maarifləndirilmənin davamlı şəkildə aparılmasını diqqətdə saxlayır.
Göygöl rayonunun təhsil müəssisələrində təhsil işçiləri ilə keçirilən görüşlər davam edir
Göygöl rayonunun təhsil müəssisələrində təhsil işçiləri ilə keçirilən görüşlər davam edir
Növbəti görüş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Göygöl rayon Texniki, Təbiət Fənləri Təmayüllü Liseyində keçirilib.
Görüşdə təhsil işçilərinin gündəlik əmək fəaliyyətində qarşılaşdıqları məsələlər, əmək hüquqlarının müdafiəsi, sosial təminat imkanları, əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin formalaşdırılması ilə bağlı mövzular diqqət mərkəzində olub.
İştirakçılara əmək qanunvericiliyinin əsas müddəaları, həmkarlar ittifaqının üzvlərinin hüquq və maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət və təqdim olunan hüquqi-sosial dəstək imkanları barədə məlumat verilib. Təhsil işçilərinin sualları cavablandırılıb, onların fikir, təklif və müraciətləri dinlənilib.
Görüş çərçivəsində ETİHİ Göygöl Rayon Komitəsinin təhsil işçilərinin hüquqi maarifləndirilməsi, sosial rifahının dəstəklənməsi və əmək hüquqlarının qorunmasına xidmət edən layihələri barədə də məlumat verilib.
Sonda liseyin bütün kollektivinə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklər çatdırılıb, pedaqoji fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və möhkəm cansağlığı arzulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi təhsil işçilərinin səsini dinləmək, onların hüquq və sosial maraqlarını müdafiə etmək və əmək kollektivləri ilə canlı dialoqu gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Göygöl şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş keçirilib
Göygöl şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş keçirilib
Göygöl rayonunda təhsil işçiləri ilə əmək və sosial məsələlərə həsr olunan görüşlər davam etdirilir.
Növbəti görüş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasında keçirilib.
Görüşdə məktəbəqədər təhsil sahəsində çalışan əməkdaşların əmək şəraiti, hüquq və sosial təminatları, əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına əməl olunması və əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması məsələləri müzakirə edilib.
Təhsil işçilərinə əmək hüquqları və həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi, sosial və digər dəstək imkanları barədə ətraflı məlumat verilib. Kollektiv üzvlərinin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və müraciətləri dinlənilib.
Görüş zamanı ETİHİ Göygöl Rayon Komitəsinin təhsil işçilərinin hüquqlarının müdafiəsi, sosial rifahının yüksəldilməsi və hüquqi maarifləndirilməsinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi layihə və təşəbbüslər də diqqətə çatdırılıb.
Sonda bağçanın kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub. Uşaqların ilk təhsil və tərbiyə mühitinin formalaşdırılmasında mühüm rol oynayan əməkdaşlara fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi təhsil müəssisələrində çalışan əməkdaşlarla birbaşa ünsiyyətin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini, onların əmək hüquqları və sosial maraqlarının diqqətdə saxlanılmasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi davam etdirir.
Göygöl Peşə Məktəbində təhsil işçiləri ilə görüş keçirilib
Göygöl Peşə Məktəbində təhsil işçiləri ilə görüş keçirilib
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Göygöl rayonunun təhsil müəssisələrində əmək kollektivləri ilə keçirilən görüşlər çərçivəsində növbəti tədbir Göygöl Peşə Məktəbində təşkil olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə təhsil işçilərinin əmək hüquqlarının qorunması, sosial təminat məsələləri, əməyin mühafizəsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, əmək münasibətlərinin düzgün tənzimlənməsi və həmkarlar ittifaqının üzvlərə təqdim etdiyi hüquqi və sosial dəstək imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüş zamanı əmək qanunvericiliyi ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, kollektivin müraciət və təklifləri dinlənilib. Eyni zamanda ETİHİ Göygöl Rayon Komitəsinin təhsil işçilərinin sosial rifahına, hüquqi maarifləndirilməsinə və əmək hüquqlarının müdafiəsinə yönəlmiş layihələri barədə məlumat verilib.
Tədbirin sonunda Göygöl Peşə Məktəbinin kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi təhsil işçiləri ilə birbaşa və səmərəli əməkdaşlığın genişləndirilməsi, onların hüquq və sosial maraqlarının müdafiəsi, eləcə də əmək kollektivlərində hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Göygöldə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirilib

Göygöldə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı Qərbi Azərbaycan İcmasının Göygöl rayon üzrə yeni nümayəndəsi Vüqar Sərdarov icma üzvlərinə təqdim olunub və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Elnur Hacıyev qeyd edib ki, təhsil işçiləri cəmiyyətin maarifləndirilməsində mühüm rola malikdir. Bu baxımdan məktəblərdə və digər təhsil müəssisələrində Qərbi Azərbaycanın tarixi, mədəni irsi, görkəmli şəxsiyyətləri və soydaşlarımızın doğma yurdlarına qayıdış hüququ ilə bağlı məlumatlandırıcı tədbirlərin keçirilməsi ictimai yaddaşın formalaşdırılmasına mühüm töhfə verə bilər.
Çıxışda həmçinin ETİHİ Göygöl Rayon Komitəsinin öz fəaliyyət istiqamətləri çərçivəsində maarifləndirici təşəbbüslərə dəstək verməyə, təhsil işçilərinin bu prosesdə fəal iştirakını təşviq etməyə hazır olduğu bildirilib.
Görüşdə Qərbi Azərbaycan İcmasının rayon üzrə fəaliyyətinin daha səmərəli təşkili, üzvlərlə əlaqələrin genişləndirilməsi, yeni üzvlərin cəlb olunması və maarifləndirici tədbirlərin artırılması ilə bağlı təkliflər səsləndirilib.
Sonda yeni nümayəndə Vüqar Sərdarova fəaliyyətində uğurlar arzulanıb və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.


