Sədr

Sədr
Hacıyev Elnur Yuriy oğlu
1980: anadan olmuşdur.
Təhsil
Gəncə Dövlət Universitetində tarix ixtisası üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alıb.
2002-ci ildən Xanlar (indiki Göygöl) şəhəri 1 nömrəli tam orta məktəbdə müəllim olaraq əmək fəaliyyətinə başlayıb. 24 illik pedaqoji təcrübəyə malikdir.
2004–2014-cü illərdə Xanlar (indiki Göygöl) şəhəri 1 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışıb.
2015–2021-ci illərdə Gəncə Dövlət Universitetinin Sosial fənlər və Ümumi tarix kafedralarında müəllim kimi fəaliyyət göstərib.
11 elmi məqalənin müəllifi, 2 metodik vəsaitin həmmüəllifidir.
2016-cı ildən Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi kimi fəaliyyət göstərir.
2023-cü ildə Microsoft Sertifikatlı Pedaqoq statusu alıb. Həmin ildə ISO 9001:2015 Praktik keyfiyyət idarəetmə sistemi üzrə təlimlərdən uğurla keçib.
11 avqust 2025-ci il tarixində Beynəlxalq Əmək Təşkilatı – Beynəlxalq Təlim Mərkəzi (ITC ILO) tərəfindən keçirilən “Self-paced course on conciliation/mediation of labour disputes” adlı “İşçi mübahisələrinin barışdırılması və vasitəçilik yolu ilə həlli” mövzusunda təlim kursunu uğurla tamamlayıb.
12 avqust 2025-ci il tarixində Beynəlxalq Əmək Təşkilatı – Beynəlxalq Təlim Mərkəzi (ITC ILO) tərəfindən təşkil olunan Məşğulluq Siyasəti (ILO Konvensiyası No.122) mövzusunda beynəlxalq məşğulluq siyasəti və əmək standartları sahəsində təlim kursunu uğurla bitirib.
23 iyul 2026-cı il tarixində BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən təqdim olunan “Introduction to Investment Project Preparation and Appraisal” adlı "İnvestisiya Layihələrinin Hazırlanması və Qiymətləndirilməsinə Giriş" onlayn təlim kursunu uğurla tamamlayıb.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 931 nömrəli Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Fəxri Fərmanla təltif edilib.
2018 və 2019-cu illərdə ardıcıl olaraq keçirilən “Respublika Pedaqoji Mühazirələri”nin qalibi olub.
2018-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən əməkdə və ictimai həyatda əldə etdiyi xüsusi nailiyyətlərə görə Fəxri Fərmanla təltif edilib.
01 aprel 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin Komissiya üzvlərinin səsverməsi ilə sədr vəzifəsinə seçilib.
Ailəlidir, üç övladı var.


