
Sədr
Hacıyev Elnur Yuriy oğlu
1980: anadan olmuşdur.
Təhsil
Gəncə Dövlət Universitetində tarix ixtisası üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alıb.
Karyera
2002 - ci ildən Xanlar (indiki Göygöl) şəhəri 1 nömrəli tam orta məktəbdə müəllim olaraq əmək fəaliyyətinə başlayıb. 23 illik pedaqoji təcrübəsi var.
2004 - 2014- cü illərdə Xanlar (indiki Göygöl) şəhəri 1 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışıb.
2015 - 2021- ci illərdə Gəncə Dövlət Universitetinin Sosial fənlər və Ümumi tarix kafedralarında müəllim kimi fəaliyyət göstərib.
11 elmi məqalənin müəllifi və 2 metodik vəsaitin həmmüəllifidir.
2016 - cı ildən Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi kimi fəaliyyət göstərib.
2023 - cü ildə Microsoft Sertifikatlı Pedaqoq statusu alıb. Eyni ildə İSO 9001:2015 Praktik keyfiyyət idarəetmə sistemi üzrə təlimlərdən uğurla keçib.
11 avqust 2025 - ci il tarixində Beynəlxalq Əmək Təşkilatı – Beynəlxalq Təlim Mərkəzinin (ITC ILO)İşçi mübahisələrinin barışdırılması və vasitəçilik yolu ilə həlli” mövzusunda keçirilən “Self-paced course on conciliation/mediation of labour disputes” adlı təlim kursunu uğurla bitirib.
12 avqust 2025 - ci il tarixində Beynəlxalq Əmək Təşkilatı – Beynəlxalq Təlim Mərkəzinin (ITC ILO) Məşğulluq Siyasəti (ILO Konvensiyası No.122) mövzusunda keçirilən beynəlxalq məşğulluq siyasəti və əmək standartları sahəsində təlimi kursunu uğurla bitirib.
2014 - cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 931 nömrəli Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
2015 - ci ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Fəxri Fərmanla təltif edilib.
2018 və 2019 - cu illərdə ardıcıl olaraq keçirilən “Respublika Pedaqoji Mühazirələr” inin qalibi olub.
2018-ci ildə ATİAHİ Respublika Komitəsi tərəfindən əməkdə və ictimai həyatda əldə etdiyi xüsusi nailyyətlərə görə Fəxri Fərmanla təltif edilib.
01 aprel 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin Komissiya üzvlərinin səsverməsi ilə sədr vəzifəsinə seçilmişdir.
Ailəlidir, 3 övladı var.